ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumətin YPG/PYD silahlıları ilə əməkdaşlığı ölkə konstitusiyasına ziddir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə məsələ ilə əlaqədar ABŞ-ın hazırki rəhbərliyindən beynəlxalq məhkəməyə şikayət edə bilər.
Bununla bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi nümayəndələri ümumi bəyanat yayıblar.
Sənəddə ABŞ-ın sabiq prezidenti Barak Obamanın dönəmində Ağ Evdə qurulan Terrorçuluqla Mübarizə İdarəsinin hesabatı xatırlanıb. Hesabatda PYD və PKK arasındakı əlaqəyə diqqət yetirilib və bildirilib ki, ABŞ konstitusiyasına görə terror təşkilatı ilə əlaqə cinayətdir.
Qeyd edilib ki, əgər Ankara məhkəməyə müraciət etsə, əlində kifayət qədər sübut var.