16 Fevral 2018 16:42
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, rayonun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 kv.m olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com