20 Fevral 2018 21:09
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Moskvadakı səfirliyinə içərisində ağ toz şəkilində maddə olan şübhəli məktub göndərilib.

Teleqraf.com xəbər verir ki, məktub araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri İdarəsinə göndərilib.

Məktubun kim tərəfindən səfirliyə göndərildiyi bilinmir.

Məktubu alan səfirliyin əməkdaşları şübhələndikləri üçün onu laboratoriyada radiasiya və kimyəvi maddələri aşkar etmək üçün nəzərdə tutulan cihazda yoxlayıblar.

Məktubda insan həyatı üçün təhlükəli maddə olmadığı müəyyən edilib.

Bununla belə məktub araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Ayxan

Oxşar xəbərlər