Fələstin prezidenti Mahmud Abbas ABŞ-da xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, FƏTH hərakatının sözçüsü Hüseyn əş-Şeyx yerli “Maan” agentliyinə açıqlamasında M.Abbasın durumunun yaxşı olduğunu bildirib.
Onun sözlərinə görə, Mahmud Abbas sadəcə plan üzrə tibbi müayinədən keçib və özünü yaxşı hiss edir.
O, Mahmud Abbasın səhhətinin pisləşməsi barədə iddiaların həqiqətə uyğun olmadığını deyib: “Prezidentin səhhəti qaydasındadır”.
Xatırladaq ki, “Reyter” agentliyi ABŞ-a gələn 82 yaşlı Mahmud Abbasın klinikalardan birində olduğu barədə yazmışdı.