27 Fevral 2018 15:06
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam birinin başını kəsdi, o birinə də 3-4 dəfə bıçaq vurdu.

Teleqraf.com xəbər verir ki, bu sözləri 7 il həbs cəzası alan futbolçu Abdulla Xəlilov ARB TV-nin “Rezonans” verilişində deyib.

O bildirib ki, anası 1 yaşında vəfat edib. Atasını ilk dəfə Bayıl həbsxanasında görüb:

“Anam 1 yaşım olanda vəfat etdi. Atam ikinci dəfə evləndi. Uşaq vaxtı məhlədə polis-bandit oynayanda onları “podyez”ə salıb döyüb deyirdim ki, banditlik etməyin. Polis olmaq istəyirdim. Atamı ilk dəfə Bayıl həbsxanasında görmüşəm. 14-15 yaşım olanda isə Ukraynaya atamın yanına getdim. İlk dəfə narkotiki orada istifadə etdim. Atamın orada düşmənləri var idi. Bir gün pivəxanada oturmuşduq və bunlar gəldi. Söhbətləri uzandığı üçün atam məndən evə gedib bıçağı gətirməyimi istədi. Bıçağı ona verəndə atam birinin başını kəsdi, birinə isə 3-4 dəfə bıçaq vurdu. İkisini də öldürdü. Mən də yerimdə donub qaldım. Atam ondan əvvəl də həbsdə olmuşdu. Bu hadisədən sonra Bakıya qayıtdım. Bizim “kruq”un pis olduğunu deyirdi, amma qulaq asmırdım. Kaş ona qulaq asardım. Mənim mühitim pis oldu, ona görə dəyişdim. Oğurluq edirdik, qapaz vurub kiminsə telefonunu, pulunu alırdıq. Bura düşməyim böyük səhvdir. Uşaq həbsxanasında olanda 1 günlük şəhər gəzintim ən unudulmaz anımdır.

Abdulla Xəlilov futbol klublarında oynayıb.

"Futbol həyatımın mənasıdır. Futbolçu olmuşam. “Bakı”, “İnter”, “Neftçi” kimi klublarda oynamışam. O günləri yadıma salıb, kaş ki, davam edə bilsəydim, deyirəm".

Sevdiyi qızdan danışan keçmiş futbolçu bildirib ki, sevdiyi qız çox problemlər yaşayıb.

"Bir qızı sevirdim. Mənə görə çox problem yaşayıb. Mən tutulandan sonra heç danışmamışam. Bir dəfə zəng edib səsinə qulaq asıb dəstəyi asmışam. Məktub yazırdım, üzüm gəlmirdi göndərməyə, cırıb atırdım. Çıxandan sonra hərbi xidmətə getmək istəyirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər