2018.03.06 18:12
Rusiyanın "An-26" nəqliyyat təyyarəsi Suriyanın Hmeymim aviabazasına eniş edərkən qəzaya uğrayıb, 26 sərnişin və 6 ekipaj üzvü ölüb.
Teleqraf.com "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarə vurulmayıb, qəzaya texniki problem səbəb olub.
Qəza Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16.00) Hmeymim aeroportuna eniş zamanı baş verib. Təyyarə eniş zolağına 500 metr qalmış yerə çırpılıb.
Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
***
2018.03.06 21:58
Təyyarədə 33 sərnişin və ekipajın 6 üzvü olub.
Teleqraf.com "İnterfaks"a istinadən xəbər verir ki, onların hamısı ölüb.
Hələ həlak olanlar haqqında dəqiqləşdirilmiş məlumatlar yoxdur.
***
08:45
Rusiya Müdafiə Nazirliyi “AN-26” təyyarəsinin Suriyada qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində ölən 39 nəfər arasında biri general-mayor olmaqla 27 zabit olub.
***
Rusiyanın "An-26" nəqliyyat təyyarəsinin Suriyanın Hmeymim aviabazasına eniş edərkən qəzaya uğramasının görüntüləri yayılıb.
Video Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Həmin görüntüləri təqdim edirik: