12 Mart 2018 16:38
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.03.11 11:33

Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə 2 nəfər suda boğulub.

Onlar 35-38 yaşlı Ömərov Adil, Mustafayev Elşəndir.

İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb.

Həmin şəxslərin balıqçı olduqları bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub və balıqçıların axtarışlarına başlanılıb./Report/

***

2018.03.11​ 12:17

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

***

13:11

10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün davam etdirilib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar nəticəsində E.Məmmədovun meyiti batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam edir. Əlavə məlumat veriləcək.

***

Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb.

Ggün ərzində aparılan axtarışlar nəticəsində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun meyiti aşkarlanıb./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər