İranın Avstriyanın paytaxtı Vyanadakı səfirinin iqamətgahına naməlum şəxs tərəfindən silahlı hücum olub.
Teleqraf.com "Rıa.ru"ya istinadən xəbər verir ki, bu barədə şəhər polisi öz "Twitter" səhifəsində məlumat verib.
"İran iqamətgahı: bıçaqla hücum etmiş şəxs Avstriya silahlı qüvvələri tərəfindən güllələnib", — deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, hücumu adı açıqlanmayan 26 yaşlı Avstriya vətəndaşı edib.
Silahlı insident nəticəsində bir hərbçi yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.