13 Mart 2018 10:21
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:05

Hazırda həkim xəstələrli müayinə edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Şirvan rayon Mərkəzi Xəstəxanasından bildiriblər.

Verilən məlumata görə, xəstəxanaya yerləşdirilən xəstələrin xəsarətləri yüngüldür: “Ciddi xəsarət alan yoxdur. Müayinə olunduqdan sonra tam aydınlaşacaq. Xəstələrin şəxsiyyəti aydınlaşdırılır”.

Qeyd edək ki, bu gün səhər Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “Kamaz” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb.

***

Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “Kamaz” markalı yük maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Bununla bağlı Şirvan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:

"1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı,1971-ci il təvəllüdlü Mirzəyeva Sevda Xudaverdi qızı,1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1980-ci il təvəllüdlü Əsədova Aidə Kəramət qızı, 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1971-ci il təvəllüdlü Əliyeva Lətafət Şahhüseyn qızı,1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı,1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1961-ci il təvəllüdlü Məmmədova Mətanət Həsənağa qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan 10-u ambulator müayinədən sonra evə buraxılıb. 5-i isə travmatologiya şöbəsinə yerləşdirilib".


Müəllif: Şəfiqə Nazimqızı