Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
1991-ci il təvəllüdlü Məmmədov Rauf Sübhan oğlu xidməti vəzifəsini yerinə yetirən zaman naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
Yaralıya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Məlumata görə, R.Məmmədov Cəlilabad rayon Polis şöbəsinin əməkdaşıdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır./Report/