9 Avqust 2014 19:08
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyası ilə “El” hərəkatı yollarını ayırır.

Bu haqda adının çəkilməsini istəməyən “El” Hərəkatının üzvü deyib. Onun sözlərinə görə, Müsavat partiyası və “El” hərəkatı Milli Şuranı tərk etdikdən sonra bir müddət əməkdaşlıq ediblər. Hətta əməkdaşlıqlarını müttəfiqlik səviyyəsinə çatdırmaq məqsədilə birgə komissiya yaradılıb və müttəfiqlik sazişi üzərində işləyiblər.

Ancaq bunun üzərindən bir neçə ay keçməsinə baxmayaraq tərəflər arasında saziş imzalanmayıb. İndi isə bəlli olub ki, tərəflər ümumiyyətlə saziş imzalamaq haqqında düşünmürlər. Çünki bu onların heç birinə sərfəli hesab olunmur.

Üstəlik də “El” Hərəkatının Məclis sədri Eldəniz Quliyev bir çox hallarda Müsavatı kəskin tənqid edir.


Müəllif:

Oxşar xəbərlər