13 Avqust 2014 14:28
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tez bir zamanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın ikinci raundunu təşkil edəcək. Çünki Moskvaya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində çox şeyə nail olmaq vacibdir.

Bunu Britaniyanın Müstəqil Araşdırmalar və Münaqişələrin Analizi Mərkəzinin direktoru Kristofer Lenqton avqustun 10-da Soçidə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısının iştirakı ilə Soçidəki danışıqlarının bir ciddi nəticəsi olub – danışıqların bundan sonra da davam etdirilməsi ilə bağlı razılığa gəlinib.

Onun fikrincə, cəbhə bölgəsində atəşkəs rejiminin intensiv pozulması da azalacaq.

/modern.az/


Müəllif:

Oxşar xəbərlər