İşğal altındakı Xankəndi şəhərində vətəndaşlarla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında insident yaşanıb, nəticədə 15 nəfər saxlanılıb.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, məişət zəmində qarşıdurma getdikcə kütləvi xarakter daşıyıb.
Separatçı rejimin yaydığı məlumata görə, polisə Baqramyan küçəsi-2 ünvanında atışma olduğu barədə məlumat daxil olub və polis əməkdaşları hadisə yerinə yollanıb. İki sakinlə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı arasındakı insident böyüyüb.
Hadisə yerinə gələn Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları yerli sakinləri müdafiə edənləri dəyənəklə döyüb.
Deputat Ayka Xanumyanın sözlərinə görə, hadisə məişət zəminində baş verib.