Kürdəmir rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 177 km-də, Kürdəmir rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Qaradağ rayon sakini, 1983-ci təvəllüdlü Faiq Əliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili Qazax istiqamətində hərəkət edərkən idarəetmədən çıxıb və aşıb.
Nəticədə avtomobilin sürücüsü Faiq Əliyev, sərnişinlər – Qaradağ rayon sakini, 1957-ci il təvəllüdlüTofiq Əliyev, Daşkəsən rayon sakinləri, 1953-cü il təvəllüdlü Raci İbrahimov, 1959-cu il təvəllüdlü Sara İbrahimova, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İsrafil Namazov yaralanıb.
Yaralılar müxtəlif xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.