16 İyun 2018 23:29
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə 1 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Qəza rayon ərazisindəki "9 saylı" adlanan məcburi köçkün qəsəbəsində baş verib. Məlumata görə, “Mercedes” və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Mercedes"in sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü, qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır.

"VAZ"ın sürücüsü Cəbrayıl rayonundan məcburi köçkün, 1983-cü il Quliyev Azər Hüseyn oğlu vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.

Araşdırma aparılır.


Müəllif: Mənbə/APA