18 İyun 2018 23:28
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Malmö şəhərində silahlı hücum təşkil edilib.

Teleqraf.com xəbər verir ki, avtomat silahdan açılan atəş nəticəsində azı 4 nəfər yaralanıb. Silahlı hadisə yerini tərk edə bilib. Polis silahlının zərərsizləşdirilməsi üçün hərəkətə keçib.

Hadisə Rusiyada keçirilən dünya sempionatında İsveç-Cənubi Koreya (1:0) qarşılaşmasından az sonra, Malmödə qələbə qeyd olunarkən törədilib.

Hadisənin təfərrüatı açıqlanmır.


Müəllif: Teleqraf.com