Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Uruqvay millisi ilə qarşılaşmaq üçün Səudiyyə Ərəbistanı komandasının üzvlərini Rostova aparan təyyarə havada alışıb.
Teleqraf.com xəbər verir ki, yanğın təyyarə havaya qalxdıqdan az sonra baş verib.
Təyyarə məcburi eniş edib.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasından verilən məlumata görə, yanğın mühərrikdəki nasazlıq üzündən yaranıb. Təyyarə təhlükəsiz şəraitdə eniş edib. Komanda üzvlərindən xəsarət alan olmayıb.