Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Quliyevə tanışı, Ağdam rayon sakini İlqar Xəlilov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı gətirilən sovqatda olan 2 ədəd alt paltarına xüsusi üsulla hopdurulmuş 0,487 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.