Çində sürücü avtomobili kütlənin üzərinə sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
İnsident Yantay şəhərinin Çjifu rayonunda qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis bir neçə dəfə maşını saxlamağa cəhd etsə də, buna nail olmayıb. Sonda sürücü güllələnib. Onun Heylunzyan əyalətinin 45 yaşlı sakini olduğu bildirilir.
Hadisənin motivləri məlum deyil. Polis faktla bağlı araşdırma aparır.