27 İyun 2018 09:25
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda zəlzələ baş verib.

Teleqraf.com-un Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.

Məlumatına görə, dağıntı və təlafat olmasa da, təkanlar bir neçə saniyə davam edib. Bəzi sakinlər təşvişə düşərək evlərini tərk ediblər.

Zəlzələ ətraf rayonlarda da hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər