29 İyun 2018 20:42
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Maryland əyalətində redaksiyaya hücum nəticəsində 5 əməkdaşı qətlə yetirilən qəzet sonuncu sayını qanlı olaya həsr edib.

Teleqraf.com xəbər verir ki, Annapolis şəhərində yerləşən "Capital Gazette"in manşetində ölən əməkaşlarının fotoları yer alıb.

Hücumu törətməkdə təqsirli bilinən Jarrod Ramos 2012-ci ildə qəzetin ona qarşı iftira atdığını iddia edərək məhkəməyə şikayət edib. Silahlının redaksiyaya kənardan atəş açdığı qeyd olunur.

Hücum zamanı qəzetin Gerald Fischman, Vendi Winters, Rob Hiaasen, Rebecca Smith və John McNamara adlı əməkdaşları qətl edilib.

30 yaşlı silahlı həbs edilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər