3 İyul 2018 01:28
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

"Azərenerji" ASC-dən Teleqraf.com-a verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər