Ağstafa rayonunun Poylu kəndində uşağı cərəyan vurub.
2009-cu il təvəllüdlü İsmayılova Qənirə Yolçu qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Yuxarı ətrafının ağır dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulan uşaq Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə göndərilib.
Yaxınlarının bildirdiyinə görə, Q.İsmayılova ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.