14 İyul 2018 13:05
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonunun Zərdabi kəndi ərazisində qeydə alınıb.

Vüqar Talıbov idarə etdiyi şəxsi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov