14 İyul 2018 22:55
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində İmişli rayon sakinləri - 1997-ci il təvəllüdlü Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü, Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.

Bundan başqa, İmişli rayon sakinləri - 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com