19 İyul 2018 10:31
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2018-ci ilin ilk yarım ili ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 1770 manat məbləğində pul, 62 mobil telefon, 38 fakt üzrə 56,5 qram narkotik və psixotrop maddələr aşkar edilib”

Teleqraf.com xəbər verir ki, bu barədə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov tədbiri açaraq Xidmətin 2018-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsində bildirib.

Onun sözlərinə görə, həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 335 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib.

Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 3 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib.


Müəllif: Hacı Zeynalov