21 İyul 2018 11:29
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurub.

Azər Bəyməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov