Şəmkir rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
İyulun 19-da Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Maliki Elxan bu gün xəstəxanada ölüb.
Ağır bədən xəsarətləri alan E.Malikiyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.