İngiltərədən ABŞ-a uçan təyyarədə əxlaqsızlıqla məşğul olan kişinin videosunu çəkib nəzarətçilərə şikayət edən qadına verilən cavab təəccübə səbəb olub.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı Genevieve Pascolla "United Airlines" təyyarəsində yanında əyləşən kişinin qeyri-etik görüntülərini çəkib nəzarətçilərə təqdim edib.
Görəvlilər kişinin yanında əyləşən qadınları başqa sırada əyləşməyə dəvət ediblər.
Şikayətə isə qeyri-adi cavab veriblər: "Çox şərab içib. Genevieve Pascolla üzündən belə hərəkət edib".
"United Airlines"in cavabını sosial şəbəkədə paylaşan Genevieve Pascolla şirkətin mövqeyindən şoka düşdüyünü bildirib.
Artan narazılıqlardan sonra şirkət vətəndaşın biletinin pulunun yarısını qaytarmaqdan başqa heç bir addım atmayıb.