29 İyul 2018 19:25
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1 nəfəri xilas edib və 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər