Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.
***
09:45
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.