18 Avqust 2018 19:25
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"-un Mil-Muğan bürosunun verdiyi xəbərə görə, rayonun Azadakənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub.

Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com