Türkiyənin Siirt vilayətinin Kayabağlar kəndində toy zamanı qonaqların hava atəş açması nəticəsində yüksək gərginlikli elektrik xətti qırılıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, elektrik xəttinin qonaqların üzərinə düşməsi 10 nəfərin xəsarət almasına səbəb olub.
Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.
Polis faktla bağlı araşdırmaya başlayıb.