Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Cəngən kəndi ərazisində Salyan rayon sakini Rövşən İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Lamiyə Mərdanovanı vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.