10 Sentyabr 2018 17:28
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

"Hadisə bu gün günorta saatlarında rayonun Mastail kəndində baş verib.

Yaxınlarının dediyinə görə, Xudayar Ağaxan oğlu İbrahimov həyətindəki ağacdan qoz dərmək istəyərkən ehtiyatsızlıqdan yüksəklikdən yerə yıxılıb. Yaxınlarının ilkin yardımından sonra A.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Diaqnostik müayinələrdən sonra ona döş qəfəsinin qapalı travması, aşağı ətraflarda sınıqlar diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 70 yaşlı A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər