19 Sentyabr 2018 16:51
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qətl hadisəsi törədən 1979-cu il təvəllüdlü Dostəli Abuzərov tutulub.

Teleqraf.com xəbər verir ki, o bu gün səhər saatlarında polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Qeyd edək ki, sentyabrın 17-də rayonunun Zeytun bağları adlanan çöllük ərazidə Dostəli Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərsəng Qədirovu bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Dostəli Abuzərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq orqanı onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Suraxanı rayon Məhkəməsinə təqdimat göndərib.

Bu saatlarda hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının vəsatəti təmin olunub.

Məhkəmənin qərarı ilə Dostəli Abuzərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib.

İstintaqa ifadə verən Dostəli Abuzərov törətdiyi cinayəti etiraf edib. O, hadisənin söyüş üstündə baş verdiyini deyib.

Suraxanı rayonunda qətl törədən Dostəli Abuzərovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan Dostəli Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib.

Bildirilir ki, Dostəli Abuzərov 206-cı ilin mayında Qüdrət Malıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşını saxlayıb, onu Abşeron rayonunun Goradil kəndində yaşayan qohumu Balakişi Begiyevin evinə aparmasını tələb edib.

Sərxoş Dostəli Abuzərovun əlində 2 ədəd tüfəng olduğunu görən Qüdrət Malıyev bu tələbi rədd edib.

Bununla əlaqədar baş vermiş münaqişə zəminində Dostəli Abuzərov tüfəngdən atəş açaraq Qüdrət Malıyevi qətlə yetirib.

Bildirilir ki, Dostəli Abuzərov 11 il müddətinə azadlıqdan məhrum edilib, o, 2017-ci ildə həbsdən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər