21 Sentyabr 2018 12:28
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel prospektində yerləşən "Xəzər" kafesində bir müddət əvvəl baş vermiş yanğın söndürülüb.

Fadisənin səbəbi hələ məlum deyil.

Fakt üzrə araşdırma aparılır.

***

12:16

Bakının Nobel prospektində çay evi kimi fəaliyyət göstərən obyektdə yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə yanğın qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Hacı Zeynalov