23 Sentyabr 2018 12:26
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.

"Sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb", - deyə o bildirib.

Dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

***

12:26

Bakıda vulkan püskürüb.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Vulkan səhər saatlarında baş verib və hazərda püskürməkdə davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumatı təsdiqləyiblər.


Müəllif: Teleqraf.com