26 Sentyabr 2018 13:22
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda təqaüdçülərə qarşı dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, Astara rayon sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara rayon polis şöbəsinə müraciət ediblər.

Onlar rayonun mərkəzində bir nəfərin dələduzluğu ilə üzləşdirklərini qeyd ediblər. Bildiriblər ki, bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsəyib.

Belə ki, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək, pullarını çıxarmağı xahiş ediblər.

Həmin şəxs isə “kartda pul yoxdur”- deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pulu çıxararaq mənimsəyib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib.

O saxlanılaraq şübhəli şəxs qismində polis şöbəsinə gətirilib.

Araşdırma zamanı İlkin Hüseynov cari ilin avqust-sentyabr aylarında daha iki rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər