Xairici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumdziya ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsinə münasibətdə razılıq bildirilib.
Görüşdə siyasi, iqtisadi, ticarət və sərmayələr sahəsində ikitərəfli əlaqələrin inkişafı etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Səxavət