Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki 2 evdən 500 ABŞ dolları və bijuteriya oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Polad Puladov saxlanılıb.
Onun sentyabrın 5-də Binəqədi qəsəbəsindəki evlərin birindən 370 manat oğurlaması da müəyyən edilib.