15 Oktyabr 2018 15:16
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin n “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.

​Məlumatla əlaqədar dərhal 29-cu polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırmalar zamanı telefon satışı mağazasından 11 ədəd telefon və 1 ədəd noutbukun oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

​Araşdırmalar zamanı onun Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş Xəyyam Vəliyev olduğu müəyyən edilib.

Mobil telefonların bir neçəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

​Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər