Qobustan stansiyasından 26 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla saat 08:27:57-də baş vermiş yeraltı təkanların gücü 3,4 bal təşkil edib.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
***
09:37
Şamaxı rayonunda zəlzələ olub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Yeraltı təkanlar yerin 10 km dərinliyində, 3,4 maqnituda gücündə baş verib.