Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, paytaxta sakini olan bir qadının içərisində 60 manat olan pulqabısı əlindən alınıb.
26 və 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Seyran Əliyev saxlanılıb.