23 Avqust 2014 18:19
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında qarşıdurma davam edir. Artıq yaranan fikir ayrılığı, başqanlıq uğrunda gedən mübarizə yeni mərhələyə keçib.

Müsavatdaxili mənbələrdən daxil olan məlumata görə, hazırda başqanlığa iddia edən Qubad İbadoğlu ilə Arif Hacılı arasında münasibətlər yoxdur.

Əvvəllər hər iki şəxs məsələ müzakirə edilən zaman öz fikirlərini deyir, hansısa təkliflər irəli sürürmüş. İndi isə müzakirələr zamanı bu şəxslər hətta qarşı-qarşıya oturmaqdan imtina edirlər. Yaranan bu vəziyyət hətta partiyanın sıravi üzvlərinə də sirayət edib.

Qubad İbadoğlunu müdafiə edən şəxslər faktiki olaraq Hacılı qrupu ilə olan münasibətləri tədricən kəsirlər. Bu isə Müsavatın qurultayının İsa Qəmbərin də ssenarinsiə uyğun keçməyəcəyindən xəbər verir.


Müəllif:

Oxşar xəbərlər