Qəbələ rayonunun Çarxana kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Türkiyə vətəndaşı Benil Ertuğrul Mustafa idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin yaydığı digər məlumata görə, Qusar rayonunun Yasab kəndi ərazisində rayon sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Vəlixan Vəlixanov Qusar rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.