Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mənzillərin birindən 11.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Qasımov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.