Mingəçevirdə 3 cü sinif şagirdi yelləncəkdə boğulub.
Publika.az xəbər verir ki, Mingəçevir şəhər Sahil küçəsində yerləşən binanın həyətində 2008-ci il təvəllüdlü Sənan Hüseynov yelləncəkdə yellənərkən ip onun boğazına dolanıb. 10 yaşlı oğlan hadisə yerindəcə boğularaq ölüb.
Bildirilir ki, hadisə S.Hüseynov dərsdən gələndən sonra olub.
Faktla bağlı araşdırma aparılır.