13 Dekabr 2018 00:30
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1961-ci il təvəllüdlü yerli sakin Qəmbərov Afiq Həsən oğlu magistral yolu keçərkən onu qarşı tərəfdən sürətlə gələn avtomobil vurub.

Yaralı ağır vəziyyətdə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya yolun hadisə baş verən hissəsində işıqlandırma sisteminin olmaması səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər