17 Dekabr 2018 19:57
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni işğalçı ordusunun əsgəri Gevorq Ovanisyan Qarabağda minaya düşüb.

Teleqraf.com xəbər verir ki, yaralı əsgər Ermənistan DİN-in Yerevandakı Mərkəzi Klinik xəstəxanasına çatdırılıb.

Hərbi hospitaldan bildirilib ki, hərbçinin sol ayaq pəncəsi və sifətinin sol yarısı yaralanıb. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, bu gün gözündən güllə yarası alan sıravı Rafik Vaqanyan işğal edilmiş Qarabağdan İrəvana çatdırılıb.

Qeyd edək ki, son üç gün ərzində Qarabağdan İrəvan hospitalına dörd yaralı erməni hərbçisi çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər